İnsanlar yeni əraziləri mənimsədikcə ətraf təbiəti daim dəyişdirmişlər. Getdikcə təbiətə daha çox təsir etməklə özləri üçün lazım olan hər şeyi ondan almağa nail olmuşlar. Daha təhlükəsiz və zəngin yaşamağa çalışmışlar.
Təbiət isə, əksinə, getdikcə daha kasıb, ancaq daha təhlükəli olmağa başlayır. Su hövzələri və atmosfer çirklənir, məhsuldar torpaqlar səhralaşır, ekoloji fəlakətlər böyük dağıntılara səbəb olur.