Hansı obyektləri aerofotoşəkildə və planda müəyyən edə bilərsiniz?
Yer üzərindəki obyektləri plana necə köçürmək olar?
Fəaliyyət
Şərti işarələrdən istifadə etməklə verilmiş ərazinin planını çəkin.
Müzakirə edək:
Bir nöqtədə dayanmaqla məktəbin arxasındakı obyektləri plana qeyd etmək mümkündürmü?
Həmin nöqtədən geniş ərazilərin planını çəkmək olarmı?
Yada salın. Plan ərazinin kiçildilmiş şərti işarələrlə təsviridir.
Məhəllin planında Yer səthinin kiçik sahələri təsvir olunur. Planaalma zamanı bütün obyektlər dəqiq və dolğun əks olunmalıdır. Onun miqyası 1:10 000-ə qədər olur.