Cədvəli çəkin. Dünyanın fiziki xəritəsindən istifadə edərək onu tamamlayın.
Avrasiya | Afrika | Şimali Amerika | Cənubi Amerika | Avstraliya | |
1. Ən yüksək dağ silsiləsi | |||||
2. Dağların ən yüksək zirvəsinin adı və hündürlüyü. |
Müzakirə edək: Dağların xarici görünüşünə və yüksəkliyinə görə bir-birindən fərqlənməsini necə izah etmək olar?
Yer səthinin əsas relyef formalarından biri olan dağlar qurunun 40% dən çox hissəsini əhatə edir. Dağlar bir-birindən yaranmasına, yəni mənşəyinə və yaşına görə fərqlənir. Mənşəyinə görə dağlar tektonik və vulkanik olur.
Tektonik dağlar qırışıq, faylı və qırışıq-faylı qruplara bölünür (a).
Qırışıq dağlar seysmik zonalarda, süxur laylarının sıxılması nəticəsində yaranır. Dünyanın ən uzun qırışıq dağ sistemi quruda Şimali və Cənubi Amerikanın qərbində yerləşən Kordilyer- And dağlarıdır. Alp-Himalay dağ sistemində yerləşən - Alp, Qafqaz, Kopetdağ, Pamir, Hindiquş, Himalay və Afrikadakı Atlas dağları da qırışıq dağlardır.
Qırışıq-faylı dağlar Yer kürəsində seysmik fəallığını tamamilə itirməyən ərazilərdə yaranır. Belə dağlar (Tyan-Şan, Altay, Sayan) yenidən tektonik proseslərə məruz qalmışdır.
Faylı dağlar seysmik zonalardan kənarda yerləşən, zəif parçalanmış ərazilərdəki qədim dağlardır.