Azərbaycandakı coğrafi obyektlərin mütləq hündürlüyü Baltik dənizi səviyyəsindən ölçülür. Respublikamızın ərazisinin orta hündürlüyü 657 m, ən hündür nöqtəsi - 4466 m (Bazardüzü), ən alçaq nöqtəsi isə - 27 m-dir (Xəzər dənizinin səviyyəsi).
Azərbaycan Respublikası ərazisi 4 böyük relyef vahidinə bölünür: Böyük Qafqaz, Kiçik Qafqaz, Talış dağları və Kür-Araz ovalığı.
Tapşırıq 1. Xəritədən istifadə edərək Azərbaycanın qonşu dövlətlərlə sərhədində yerləşən sıra dağları və düzənlikləri cədvəldə qeyd edin.
Dövlətlər | Dağlar | Düzənliklər |
İran | ||
Gürcüstan | ||
Rusiya | ||
Ermənistan |
Tapşırıq 2. Cədvəli dəftərinizə çəkin və xəritəyə (a) əsasən cədvəli doldurun.
Dağlar | Sıra dağlar (silsilə) | Zirvə | Mütləq hündürlük |
Böyük Qafqaz | |||
Kiçik Qafqaz | |||
Talış dağları |
Tapşırıq 2. Cədvəli çəkin və xəritəyə (a) əsasən cədvəli doldurun.