Yada salın. Havada daim su buxarı var. Bu, havanın rütubətliliyi adlanır.
Havanın rütubəti onun əsas elementlərindən biridir. Temperaturdan asılı olaraq, 1 m 3 havanın su buxarı saxlamaq qabiliyyəti dəyişir. Temperatur yüksəldikcə 1 m 3 havanın su buxarını saxlamaq qabiliyyəti artır, aşağı düşdükdə isə azalır (a).
aHavada olan suyun miqdarını nisbi və mütləq rütubətliliklə təyin edirlər. 1 m3 havadakı su buxarının qramlarla miqdarı - mütləq rütubətlilik, onun isə həmin temperaturda 1m3 havanın saxlaya biləcəyi su buxarının miqdarına, yəni doyma həddinə olan faizlə nisbəti nisbi rütubətlilik adlanır.