Yada salın. Yağış, qar, dolu, şeh, qırov atmosfer yağıntılarıdır.
Yer kürəsində yağıntıların paylanması müxtəlif amillərdən asılıdır. Coğrafi enlikdən, təzyiq qurşaqlarından, ərazinin relyefindən, okeanların təsirindən asılı olaraq yağıntıların paylanmasında kəskin fərqlər müşahidə edilir.
Ekvatorial enliklərə il ərzində 2000-3000 mm və daha çox yağıntı düşür. Burada yüksək temperatur güclü buxarlanmaya və havanın qalxan hərəkətinə səbəb olur. Qızmış hava sürətlə qalxaraq topa buludlar yaradır və demək olar ki, hər gün yağış yağır.
Tropik enliklərdə yağıntılann miqdan xeyli azdır. Bunun səbəbi enən hava və yüksək təzyiqin üstün olmasıdır. Bəzən bu enliklərdə illik yağıntının miqdan 10 mm-dən az olur.
Mülayim enliklərdə alçaq təzyiq qurşaqlarının mövcud olması yağıntıların miqdarını yenidən artırır. Şimal yarımkürəsində materiklərin qərb sahillərində yağıntının artmasında qərb küləklərinin, şərq sahillərində isə musson küləklərinin rolu böyükdür.