Çay dərəsinin formalaşmasında relyefin təsiri böyükdür. Dağ çayları yumşaq süxurlar üzərində axaraq dərin, ensiz və dik yamaclara malik dərələr – kanyonlar əmələ gətirir. Ən dərin kanyonlar Şimali Amerikada Kolorado və Kolumbiya çayları üzərindədir.
Dağ çayları bərk süxurlar üzərindən axdıqda, onları yuya bilmir. Bu halda onlar hündürdən tökülərək şəlalə (a) əmələ gətirirlər. Şimali Amerikada Niaqara şəlaləsi 51 metr, Afrikadakı Viktoriya şəlaləsi isə 120 metr hündürlükdən tökülür.
Dünyanın ən hündür şəlaləsi Anhel (1054 m) Cənubi Amerikada yerləşir.
Düzənlik çayları (b) sakit və yavaş axır. Onlar subasarı və terrasları olan geniş dərələr yaradır. Subasar – çayın səviyyəsi qalxdığı zaman su altında qalan ərazilərdir.