Mətni oxuyun, Ölü dənizin sularının duzlu olmasının səbəblərini müəyyən edin.
Ölü dəniz İsrail və İordaniya dövlətləri arasında yerləşir. O, okean səviyyəsindən təqribən 423 m aşağıdadır. Dəniz adlandırılsa da, əslində o, göldür. Onun sahəsi 810 km 2 -dir, dərinliyi isə 370 m-ə qədərdir. Ölü dənizə İordan çayı və bir neçə kiçik çaylar tökülür. Havanın temperaturunun yüksək olması dənizdə güclü buxarlanmaya səbəb olur. Göldən heç bir çayın axmaması mineral maddələrin və duzların göldə toplanmasına səbəb olur.
Ölü dənizi çoxlu sayda mineral yeraltı bulaqlar da qidalandırır. Onun suyu okean suyundan təxminən 8 dəfə duzludur. Bu da Ölü dənizi canlı varlıqlar üçün yararsız
edir. Yüksək duzluluq səbəbindən Ölü dənizdə batmaq mümkün deyil. Ölü dənizin suyu və palçığı müalicəvi əhəmiyyətə malikdir. Bu da çoxlu sayda turistləri özünə cəlb edir.
Müzakirə edək: 1. Duzlu göllərin yaranmasına təsir edən amillər hansılardır? 2. Soyuq iqlim şəraitində duzlu göllər mövcud ola bilərmi?