Müşfiq nə yazırdısa, ürəkdən yazırdı. O, lirik şeirlər, poemalar, mənzum nağıllar yazmış və həmişə də öz səmimiyyəti ilə diqqəti cəlb etmişdir. Vətənpərvərlik, əmək, təbiətə məhəbbət onun yaradıcılığının mühüm mövzularıdır.
Gülhüseyn Hüseynoğlu
Yada salın.
- Təbiətə həsr olunmuş hansı əsərləri xatırlayırsınız?
- Təbiət mövzusunda əsərlərdə diqqətinizi daha çox çəkən nə olur?
- Belə əsərlərdə daha nələr haqqında oxumaq istərdiniz?
Əsəri oxuyarkən tövsiyələrə əməl etməyə çalışın.
- Şeirin hər misrasında ifadə olunmuş fikri anlamağa çalışın.
- Tanış olmayan sözlərin, ifadələrin mənasını lüğətlərin, sorğu
kitablarının köməyi ilə aydınlaşdırın.
- Mətnkənarı sualların üzərində fikirləşin, ilkin cavablar hazırlayın.
- Bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
- Şeirdə təbiətlə bağlı sizə tanış olan hiss, düşüncə və təsvir varsa, qeyd edin.
(ixtisarla)
Yağış yağır, rəqs eləyir gur damlalar,
Sıra-sıra, inci-inci nur damlalar.
Göydə iki qara bulud toqquşaraq,
İldırımlar şaqqıldayır şaraq-şaraq.
Quşlar uçur yuvasına pırıl-pırıl,
Şırıldayır navalçalar şırıl-şırıl.
Çaxnaşmada göy üzündə ildırımlar,
Bir-birinə dəydi, baxın, qaldırımlar,
Dönmələrdə durana bax, qaçana bax!
Qaldırımda o balaca oğlana bax!
Öz döşündən yeni sözlər toxuyaraq,
Ayağını şappıldadır oxuyaraq.
Gülə-gülə bir qız qaçır o səkidən,