(“Koroğlu” dastanından)
(ixtisarla)
Yada salın.
- Koroğlu barədə nə bilirsiniz?
- İncəsənətin hansı növlərində Koroğlu obrazı yaradılıb?
- Xalq qəhrəmanı kimlərə deyilir?
- Vətən müharibəsi qəhrəmanlarından kimləri tanıyırsınız?
- Dastan janrına məxsus hansı cəhətlər yadınızdadır?
Əsəri oxuyarkən tövsiyələrə əməl etməyə çalışın.
- | İlk dörd parçanı oxuyun. Bunu fərdi səssiz oxu şəklində, yaxud səsli oxunu dinləməklə yerinə yetirə bilərsiniz. |
- | Mətnkənarı suallara diqqət edin, cavabları üzərində fikirləşin, bu, mətni başa düşməyinizə kömək edəcək. |
- | Tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın. |
- | Bədii təsvir vasitələrini müəyyənləşdirin. |
Sualın üzərində düşünün, sonuncu dərsdə müzakirə edin.
Koroğlunun xalqın yaddaşında əsrlər boyu yaşamasına səbəb, sizcə, nədir?
Koroğlunun bir xasiyyəti vardı ki, boş vaxtlarda həmişə dəlilərlə məşq eləyərdi. At minmək, nizə oynatmaq, qılınc vurmaq, qalxan tutmaq, ox atmaq onların səhər-axşam peşələri idi.
Koroğlu Dəmirçioğlu da yanında bir uca yerdə durub məşqə baxırdı. Xanımlar da onların yanında idilər. Bir də baxdılar ki, budu, bir dəstə atlı çapa-çapa gəlir, qabaqlarında da Eyvaz. Amma Eyvaz, nə Eyvaz...
Durna telini də ki sancıb başına, elə bil qeysər balasıdır, başına cıqqa qoyub. Nigar xanım baxdı, özünü saxlaya bilmədi, üzün Koroğluya tutub dedi:
– Koroğlu, bir bu yana bax, gör o gələn kimdi?
Sən demə, Koroğlu da elə ona baxırmış. Nigar deyəndə Koroğlu sazı basdı döşünə, dedi:
Nigar xanım, sənə deyim,
Bu gələn Eyvaz, bu gələn.
Əynindəki polad geyim,
Bu gələn Eyvaz, bu gələn.