Təchizat: xətkeş (1 m), kitab, tircik, dinamometr, ip.
Araşdırmanın gedişi: 1. Kitabın çəkisini təyin edib iş vərəqində yazın.
2. Tircik və xətkeşdən ling hazırlayın. Kitabı dayağa yaxın hissədə
lingin üzərində yerləşdirin. Lingin dayaqdan uzaq ucunu dinamometrlə
bərabərsürətlə aşağı dartmaqla kitabı qaldırmaq üçün tətbiq
olunan qüvvəni təyin edin. 3. Dinamometrlə lingin A və B
nöqtələrinə
təsir etməklə təcrübəni daha iki
dəfə təkrarlayın.
Nəticəni müzakirə edin:
1. Hansı halda kitabı
qaldırmaq üçün daha kiçik
qüvvə tətbiq etdiniz?
2. Lingin
hansı nöqtəsinə təsir
etməklə kitabı daha kiçik
qüvvə ilə qaldırdınız? Nə
üçün? Fərziyyənizi söyləyin.
Sadə mexanizm – qüvvənin qiymətini və ya istiqamətini dəyişməyə imkan
verən qurğudur. Sadə mexanizmlər şərti olaraq iki qrupa bölünür:
1) ling tipli sadə mexanizmlər: ling, blok, dolamaçarx;
2) mail müstəvi tipli sadə mexanizmlər: mail müstəvi, vint, çiv.