Təchizat: dinamometr, kənarına blok bərkidilmiş tribometr, tircik, yüklər dəsti
(hər
birinin çəkisi 1N), ştativ, ölçü lenti, sap.
Araşdırmanın gedişi: 1.Tribometri ştativə elə bərkidin ki, mail müstəvi alınsın.
Tirciyi mail müstəvinin ətəyinə qoyub üzərində iki yük yerləşdirin.
2. Sapı tribometrdəki tərpənməz blokdan aşırıb bir ucunu tirciyə, digər ucunu isə
dinamometrə bağlayın.
3. Dinamometri aşağı dartmaqla tirciyi yüklərlə birlikdə mail müstəvi boyunca bərabər
sürətlə hərəkət etdirərək müəyyən h hündürlüyünə qaldırın. Bu zaman dinamometrin göstərişinə əsasən
F –
dartı qüvvəsini təyin edib iş
vərəqinə yazın.
4. Tirciyə yüklərlə birlikdə təsir
edən ağırlıq qüvvəsinin modulunu
(
Fa) təyin edib (tirciyin dinamometrlə ölçdüyünüz çəkisi + 2N
yüklərin çəkisi) iş vərəqində qeyd
edin.
Nəticəni müzakirə edin: 1. Hansı halda cismə daha kiçik qüvvə tətbiq olundu:
bərabər
sürətlə şaquli yuxarı qaldırdıqda, yaxud mail müstəvi üzrə sürüşdürdükdə?
2. Mail müstəvinin hündürlüyünü artırdıqda dartı qüvvəsi ilə cismə təsir edən ağırlıq
qüvvəsinin qiymətləri arasındakı fərq necə dəyişdi?