Çəkisi 1000 N olan cisim ling vasitəsilə
200 N qüvvə tətbiq olunmaqla 0,3 m
hündürlüyə qaldırıldı. Bu zaman əlin təsir etdiyi nöqtə 1,5 m aşağı yerini dəyişdi (a).
Təyin edin:
a) cismə təsir edən qüvvənin gördüyü işi?
b) əlin təsir qüvvəsinin gördüyü işi?
Cismə təsir edən qüvvənin gördüyü iş | Əlin təsir qüvvəsinin gördüyü iş |
Verilir: | |
F1 = 1000 N s1 = 0,3 m A1 → ? |
F2 = 200 N s2 = 1,5 m A2 → ? |
Düstur: | |
A1 = F1 ⋅ s1 | A2 = F2 ⋅ s2 |
Hesablanması: | |
A1 = .... | A2 = .... |
Araşdırmadan aydın oldu ki, sadə mexanizmlərdə qüvvədə qazanc olsa da, işdə qazanc yoxdur.
– Heç bir sadə mexanizm işdə qazanc vermir. Bu müddəa mexanikanın “qızıl qaydası” adlanır.