Məşhur Piza qülləsi əsrlər boyu əyilmiş vəziyyəti ilə insanları təəccübləndirir.
Cismin dayanıqlığı iki mühüm şərtlə müəyyən olunur:
1) Cismin ağırlıq mərkəzi mümkün qədər Yer səthinə yaxın olmalıdır;
2) Cismin dayaq sahəsi böyük olmalıdır. Ağırlıq mərkəzindən asılan şaqulla
təchiz olunmuş (şaqul cismə təsir edən ağırlıq qüvvəsinin təsir istiqamətini
göstərir) və meyil edə bilən prizmaya baxaq. Prizmanı tədricən yana meyil
etdirsək, şaqul onun oturacağının dayaq sahəsindən çıxdığı an o aşır (a).
a
Deməli, cismin dayanıqlığı o
zaman pozulur ki (cisim aşır),
ağırlıq qüvvəsinin təsir xətti
onun dayaq sahəsindən çıxsın.
Tarazlıq vəziyyətində cismə
təsir edən əvəzləyici qüvvə sıfıra
bərabər olur.