Xəritə üzərində Bakı-Qəbələ şəhərləri arasındakı avtomobil yolunun (göy rənglə) və təyyarənin uçuş trayektoriyasının (qırmızı rənglə) sxemi təsvir edilmişdir. Avtomobil yolunun uzunluğu 216 km, təyyarənin uçuş yolu isə 181 km-dir. Avtomobil bu məsafəni qət etməyə 3 saat, təyyarə isə 40 dəq vaxt sərf edir.
Sürət. Hərəkətdə olan cisimlərin eyni zaman fasilələrində yerdəyişmələri müxtəlif ola bilər: bəzi cisimlərdə yerdəyişmə yeyin, digərlərində isə - nisbətən yavaş dəyişir. Cisimlərin yerdəyişmə yeyinliyi sürət adlanan fiziki kəmiyyətlə xarakterizə olunur.
Beləliklə, sürət - ədədi qiymətcə vahid zamandakı yerdəyişməni ifadə edir.
• Sürət - yerdəyişmənin bu yerdəyişməyə sərf olunan zamana nisbəti ilə təyin edilən vektorial kəmiyyətdir:
Burada, sürət vektoru, yerdəyişmə vektoru, t - yerdəyişməyə sərf olunan zamandır. Hesablamalarda, sadəlik üçün, sürət və yerdəyişmənin modullarından istifadə edilir:
Sürətin BS-də vahidi
Praktikada sürətin digər vahidlərindən də istifadə olunur: