Mexaniki hərəkətin digər növləri kimi, rəqsləri də xarakterizə edən fiziki kəmiyyətlər vardır. Bunlar rəqqasın yerdəyişməsi, rəqs amplitudu, rəqs periodu və rəqs tezliyidir.
Rəqqasın yerdəyişməsi nə deməkdir? Rəqqasın yerdəyişməsi – onun tarazlıq vəziyyətindən ixtiyari uzaqlaşdığı məsafədir.
Rəqs amplitudu nədir? Rəqqası tarazlıqdan çıxarıb, məsələn, 1 nöqtəsində saxlayaq. Onu sərbəst buraxmaqla rəqs etdirək. Bu zaman rəqqas sağa tərəf hərəkət edir, tarazlıq nöqtəsindən daha çox uzaqlaşaraq ixtiyari 2 nöqtəsinə gəlir və orada ani dayanır, istiqamətini sola dəyişərək hərəkət edir (a).
Beləliklə, rəqqas tarazlıq nöqtəsindən ən çox uzaqlıqda yerləşən iki nöqtə arasında rəqs edir.
Amplitud – A hərfi, yaxud xm ilə işarə olunur və BS-də vahidi – metrdir:
Rəqqasın bir kənar vəziyyətindən digər kənar vəziyyətinə və oradan da əksinə, əvvəlki kənar vəziyyətinə qayıtması tam rəqs adlanır.
Rəqs periodu. Rəqs periodu – bir tam rəqsə sərf olunan zamandır. Rəqs periodu T hərfi ilə işarə olunur və BS-də vahidi saniyədir:
Rəqqas müəyyən t zaman müddətində N sayda tam rəqs edərsə, onun rəqs periodu aşağıdakı kimi olar: