Təchizat: boş metal şirə bankası (4 əd.), kibrit çöpü (4 əd.), ip və 1,5–2 m uzunluğunda kapron leska, mismar, çəkic.
Araşdırmanın gedişi:
1. Bankaların oturacaqlarında mismarla dəlik açın. İplərin uclarını dəliklərdən keçirib
kibrit çöpünə bağlayın ( a ).
2. Bacınız (yaxud qardaşınız) bankanın içərisinə danışarkən siz digər bankanı
dinləyin. Siz danışanda isə bacınız dinləsin ( b ).
3. Təcrübəni eynilə digər iki banka və kapron leska ilə təkrarlayın.
4. Baş verən hadisə haqqında kiçik esse yazın.