İnsan bütün səsləri eşidə bilirmi? İnsan qulağı ultrasəsləri və infrasəsləri bilmir.
Ultrasəs (latınca ‘‘ultra ” -yaxın) – tezliyi 20 000Hs-dən yüksək olan səs dalğalarıdır.
Ultrasəsin istiqamətlənmiş səs dalğası olma xassəsi əks-səda lokasiyasında geniş istifadə olunur.
Ultrasəsləri bir çox heyvan və həşəratlar çox yaxşı eşidir, yaxud da belə səslər yayırlar. Məsələn, müəyyən olunmuşdur ki, yarasalar tezliyi 45kHs ÷ 90kHs olan ultrasəs impulsları (siqnalları) yaymaqla qarşıdakı maneələri, həşəratların yerini dəqiq təyin edən səs lokasiyası yaradırlar ( a ).