• Qatarın bu iki stansiya arasındakı məsafəni eyni sürətlə getdiyini əminliklə söyləmək olarmı?
Təchizat: arabacıq,
plastmas stəkan, tircik, taxta
parçası (1 m), rənglənmiş su
(0,5 l), plastilin, mismar.
Araşdırmanın gedişi:
1. Taxtanın bir ucunu tirciyin üzərində
yerləşdirməklə müstəviyə kiçik maillik
verin.
2. Stəkanı plastilinlə arabacığın səthinə yapışdırın
və mismar vasitəsilə stəkanın oturacağında
arabacığın gövdəsindən keçməklə dəlik
açın.
3. Stəkana su tökün və onun dəlikdən aramla
damcılamasına nail olun.