Təchizat: iş vərəqi (damalı), xətkeş, rəngli karandaşlar.
Araşdırmanın gedişi: 1. Məsələni həll edin. Metro eskalatorunda
tərpənməz dayanan Arif işıq dirəkləri arasındakı məsafələrin hər
birini 4 san müddətinə qalxdığını ölçdü. İki ardıcıl dirək arasındakı
məsafə 3 m-dir. Eskalatorun Arifi hansı sürətlə qaldırdığını təyin edin.
2. Verilənləri cədvələ yazın və sürəti təyin edin. Cədvəl aşağıdakı
kimi qurulur:
Yolun hissələri (s) | 0-3 m | 3-6 m | 6-9 m | 9-12 m | 12-15 m |
Zaman fasilələri (t) | 0-4 san | 4-8 san | 8-12 san | 12-16 san | 16-20 san |
Düzxətli bərabərsürətli hərəkət aşağıdakı qrafiklə təsvir edilir:
1) sürətin zamandan asılılıq qrafiki (qısaca: sürət-zaman qrafiki);
2) yolun zamandan asılılıq qrafiki (qısaca: yol-zaman qrafiki).
– Bərabərsürətli hərəkətin sürət qrafiki zaman oxuna paralel düz xətdir (a).
– Bərabərsürətli hərəkətdə yol qrafiki koordinat başlanğıcından keçən düz
xətdir (b).
– Sürət qrafiki ilə absis oxu arasında qalan fiqurun sahəsi ədədi qiymətcə gedilən yola bərabərdir.