Öyrəndiklərinizi tətbiq edin
Məsələni həll edin. Cismə iki qüvvə təsir edir: F1 =2N üfüqi sola, F2 =3,5N üfüqi sağa. Əvəzləyici qüvvənin qiymət və istiqamətini təyin edin.
Qüvvə
Əvəzləyici qüvvə
Dinamometr
Nyuton
Sürətini dəyişmir
Cismə digər cisimlər təsir etmirsə, o, __ . Qarşılıqlı təsiri xarakterizə edən fiziki kəmiyyət __ adlanır. Qüvvənin BS-də vahidi __. Qüvvə __ adlanan cihazla ölçülür. Cismə eyni zamanda tətbiq olunan bir neçə qüvvənin təsiri qədər təsir göstərən bir qüvvə__ adlanır.
1. Cismin sürət dəyişməsi nə zaman baş verir?
2. Nə üçün cisimlər arasındakı təsir qarşılıqlı təsir adlanır?
3. Qarşılıqlı təsiri xarakterizə edən fiziki kəmiyyət hansıdır və o nə ilə ölçülür?
4. Cismə eyni zamanda təsir edən qüvvələrin əvəzləyicisi nə deməkdir?
Balaca Arif bacısı Nəzrinlə nahar etməyə hazırlaşırdı. O, şorba dolu qabı irəli dartdıqda da, onu qarşısında saxladıqda da şorbanı dağıtdı. “Nəzrin, niyə qabı dartdıqda şorba onun bir kənarından, saxladıqda isə digər kənarından töküldü?” – deyə Arif bacısından soruşdu. “Şorba öz ətaləti ilə töküldü”, – deyə Nəzrin cavab verdi.
Təchizat: qəpik, stəkan, qalın vərəq.
Araşdırmanın gedişi:
1. Stəkanın ağzında vərəq, vərəqin
üzərində isə qəpik yerləşdirin ( a ).
2. Vərəqə
barmağınızla
vuraraq stəkanın ağzından salın və baş verən
hadisəni izləyin.
3. Təcrübəni bir daha təkrarlayın,
lakin bu dəfə vərəqi tutaraq özünüzə doğru
yavaş-yavaş çəkin və baş verən hadisəni izləyin ( b ).
Nəticəni müzakirə edək:
1. Vərəqə barmağınızla
(təkanla) vurduqda qəpik sürət ala bildimi?
2. Vərəqi kiçik sürətlə dartdıqda nə baş
verdi? Hadisələrə dair fərziyyənizi söyləyin.