Təchizat: çəki daşları (0,5 kq və 1 kq), kənarına elastik
lövhə bərkidilmiş arabacıq, sap, qayçı, xətkeş, kərpic.
Araşdırmanın gedişi:
1. Elastik lövhəni əyib sapla bağlayın və arabacığı kərpicə
toxunmuş vəziyyətdə yerləşdirin. 2. Arabacığın üzərinə 0,5
kq yük qoyub sapı kəsin və onun getdiyi yolu ölçün
(arabacıq itələnən zaman kərpici üstdən masanın səthinə sıxın).
3. Təcrübəni arabacığın üzərinə 1 kq yük yerləşdirməklə təkrarlayın. Təcrübənin
sxemini iş vərəqinə çəkin və ölçmə nəticələrini sxemin üzərində qeyd edin.
Nəticəni müzakirə edin: 1. Cismin sürət dəyişməsi və bu dəyişmənin baş
verdiyi
zamana nisbəti hansı fiziki kəmiyyətdir? 2. Arabacıqlarda sürət dəyişikliyi hansı
təsirlə yaradıldı? 3. Eyni qüvvə ilə itələnən arabacıqlardan hansında sürət dəyişməsi
daha böyük oldu? Nə üçün?
Bilirsiniz ki, cismin sürət dəyişməsinin bu dəyişməyə sərf olunan zamana nisbəti təcil adlanır. Qüvvənin təsiri altında cisim təcil alır. Təcil cismə təsir edən qüvvədən və bu cismin kütləsindən asılıdır: eyni qüvvənin təsiri ilə kütləsi kiçik olan cismin aldığı təcil daha böyük olur. Beləliklə, Nyuton mexaniki hərəkətin ümumi qanununu - Nyutonun II qanununu müəyyən edir:
Burada m – cismin kütləsi, F→ – cismə təsir edən əvəzləyici qüvvə, a→ – bu qüvvənin təsiri altında cismin aldığı təcildir. Təcil həmişə əvəzləyici qüvvə istiqamətinə yönəlir. Cismə təcil verən əvəzləyici qüvvə:
F→ =ma→.
Buradan qüvvə vahidi nyutonun əsas vahidlərlə ifadəsi alınır: