Təchizat: dinamometr (2 əd.)
Araşdırmanın gedişi: dinamometrlər bir-biri ilə birləşdirilir və onlar əks
istiqamətlərə
dartılır. Bu zaman dinamometrlərin dayandığı vəziyyətdə göstərişlərinə diqqət
yetirin.
Nəticəni müzakirə edin:
1. Dinamometrlərin qarşılıqlı təsir qüvvələri
arasında hansı
münasibət müşahidə olundu? Nə üçün?
2. Bu qüvvə vektorlarını sxematik göstərin.
Qarşılıqlı təsirdə olan cisimlər bir-birinə müəyyən qüvvə ilə təsir edir. Çoxsaylı araşdırmalardan sonra İ.Nyuton qarşılıqlı təsir qüvvələrinin bərabərliyi qanununu müəyyən etdi.
F→1 = -F→2.
Burada F→1 və F→2 – uyğun olaraq bir düz xətt üzrə yönələn təsir və əks-təsir qüvvələri, mənfi işarə isə bu qüvvələrin əks istiqamətlərə yönəldiyini bildirir. Qüvvələrin modullarının bərabərliyində Nyutonun II qanununu nəzərə aldıqda: