Qarşılıqlı təsir
Sürətlər nisbəti
Nyutonun III qanunu
Kütlələrin tərs nisbəti
__ əsasən, ixtiyari iki cismin qarşılıqlı təsir qüvvələri modulca bərabər, istiqamətcə əksdir. Bir-biri ilə __ olan cisimlərin aldıqları __ onların __ bərabərdir.
1. Adam yolda addımlayan halda təsir və əks-təsir qüvvələrini təyin edin.
2. Atəş açarkən tüfəng qundağını çiyinə sıxmaq lazımdır. Nə
üçün?
3. Nə üçün boksçular kütlələrinə görə fərqləndirilir?
4. Arif yay tətilini Naxçıvanda nənəsinin yanında keçirəcək. O, kitab yığdığı təkərli ağır çamadanı dəstəyindən itələməklə hava limanında asanlıqla hərəkət etdirir. Nyutonun III qanununa görə, Arif çamadana hansı qüvvə ilə təsir edirsə, çamadan da ona modulca bərabər, istiqamətcə əks qüvvə ilə təsir göstərir. Əgər belədirsə, çamadan hərəkət etməməlidir. Arif niyə onu hərəkət etdirə bilir?
“...Baron Münhauzen kəndirin ucunu Aya
bağlayıb onunla Yerə düşdü” – yazıçı
R.E.Raspenin hekayəsindən bu cümlələri
oxuyan Arif yeddinci sinif şagirdi olan bacısından
soruşdu:
– Nəzrin, kəndirlə Aydan Yerə düşmək
olar?
– Xeyr, düşmək olmaz, çünki Ayın
yaxınlığında adamın Ay tərəfindən cəzb
olunması Yerin cazibəsindən daha
böyükdür, – deyə Nəzrin cavab verdi.
Təchizat: Günəş və planetlərin bəzi fiziki göstəricilər cədvəli ( bax: əlavələr, cədvəl 1 )
Araşdırmanın gedişi: Cədvəldən istifadə edərək planetlərin ümumi kütləsini
hesablayın və alınan rəqəmi Günəşin kütləsi ilə müqayisə edin.
Nəticəni müzakirə edin: 1. Planetlərin ümumi kütləsi neçə kq-dır? Bu
kütlənin
Günəşin kütləsindən fərqi nə qədərdir? 2. Kütlələr arasında hesabladığınız
fərq olmasaydı, nə baş verərdi?