1. Cismin deformasiyası zamanı onun sürəti dəyişmirsə, nə üçün deyilir ki, qarşılıqlı
təsir baş vermişdir?
2. Elastiklik qüvvəsi nədir, o, hara tətbiq olunur və hansı istiqamətə yönəlir?
3. Sərtlik əmsalı nədən asılıdır?
Təchizat: dinamometr, yük (102 q), ştativ.
Araşdırmanın gedişi:
1. Dinamometri ştativə bərkidin, yükü isə dinamometrdən asıb göstərişini qeyd edin.
2. Şəkli iş
vərəqinə
çəkin, yaranan təsir və əks-təsir qüvvə vektorlarını sxematik
göstərin.
Nəticəni müzakirə edin:
1. Dinamometrdən asılan yük hansı
qüvvələrin qarşılıqlı təsiri nəticəsində sükunətdədir?
2. Dinamometrlə
nəyi təyin etdiniz: yükün kütləsini, yaxud çəkisini?
Çəki nədir? Üfüqi elastik lövhənin üzərinə çəki daşı qoyulduqda o, lövhənin səthinə
ağırlıq qüvvəsinə bərabər qüvvə ilə perpendikulyar istiqamətdə təsir göstərir. Nəticədə
deformasiyaya məruz qalan lövhə də çəki
daşına elastiklik qüvvəsi ilə əks-təsir göstərir. Bu elastiklik qüvvəsi səthin
reaksiya
qüvvəsi adlanır və N→
hərfi ilə işarə olunur ( a ).
Yük tərpənməz nöqtədən bağlanan sapdan asıldıqda heç bir deformasiya görünməz. Lakin əslində, yük asqıya ağırlıq qüvvəsinə bərabər qüvvə ilə təsir edir, o da yükə elastiklik qüvvəsi ilə əks-təsir göstərir.