Buzlu, üfüqi yolda duran oğlan 300 q kütləli daşı 25 m/san sürətlə irəli atdıqda, özü 0,25 m/san sürətlə geri sürüşdü. Oğlanın kütləsi nə qədərdir?
A) 50 kq B) 55 kq C) 30 kq D) 25 kq E) 80 kq
2. Şəkildə kürəciyin sürət və təcil vektorlarının istiqaməti təsvir edilir. Kürəciyə təsir edən əvəzləyici qüvvə vektoru hansı ox istiqaməti ilə üst-üstə düşər?
A) 1
B) 2
C) 3
D) 4
E) 5
Kütlələri uyğun olaraq 25 kq və 30 kq, aralarındakı məsafə 2 m olan iki şagird bir-birini hansı qüvvə ilə cəzb edir ?
A) 12,6 mkN B) 0,0126 mkN C) 0,126 mkN D) 1,26 mkN E) 126 mkN
Paraşütçü.
Şəkillərdə paraşütçünün müxtəlif anları təsvir edilmişdir.
1 - Uçan təyyarədə.
2 - Havada, lakin paraşütü açmadığı an.
3 - Paraşütdə eniş anı.
4 - Yerə enmə anı.
I sual. Paraşütçü hansı vəziyyətdə çəkisizlik halında olur?
II sual. Şəkildə paraşütçünün yerə enmə trayektoriyası təsvir edilmişdir.
Onun 800 m və 300 m hündürlüklərdə sərbəstdüşmə təcili hansı istiqamətə
yönəlmişdir?