Misalları araşdırdıqda aydın olur ki, eyni işi qaldırıcı kran fəhləyə nisbətən, traktor isə ata nisbətən daha tez icra edir. İşin görülmə yeyinliyi güc adlanan fiziki kəmiyyətlə müəyyən olunur.
Burada N – güc, A – iş, t – işin görülməsinə sərf olunan zamandır. Güc skalyar kəmiyyətdir. Gücün vahidi ingilis alimi C.Vattın (1736–1819) şərəfinə BS də vatt qəbul edilmişdir və Vt kimi işarə olunur.