5. Oğlan yuxarı qalxan
eskalatorun pilləsində
durub. O, sabit sürətlə
pillələrlə yuxarı
addımlamağa başlayarsa,
eskalator mühərrikinin
gücü və gördüyü iş necə
dəyişər?
3.3. ENERJİ. POTENSİAL VƏ KİNETİK ENERJİ
ab
Hansı halda mexaniki iş görülür:
kamanı oxla birlikdə dartarkən,
dartılmış kamanı sərbəst buraxarkən,
yaxud ox hədəfə doğru uçarkən (a)?
Hansı qüvvənin iş görməsi
sayəsində ox hərəkətə gəlir?
Hansı halda mexaniki iş görülür:
kürəcik mail novun yüksək nöqtəsində
olduqda, yaxud üfüqi səthlə
diyirləndikdə (b)?