Təchizat: nov, eyni ölçülü polad
və alüminium kürəcik, tircik, karandaş, ştativ.
Araşdırmanın gedişi:
1. Novu şəkildəki kimi ştativə bərkidib tirciyi onun üfüqi hissəsinin ixtiyari N nöqtəsində
yerləşdirin (b).
2. Təcrübəni əvvəlcə polad kürəciklə aparın:
a) kürəciyi 1 nöqtəsindən buraxın və onun təsiri nəticəsində tirciyin sükunət
halından yerini nə qədər dəyişdiyini karandaşla masada qeyd edin;
b) tirciyin əvvəlki yerinə qaytarın və təcrübəni kürəciyi 2 nöqtəsindən
buraxmaqla təkrarlayın. Tirciyin yerdəyişməsini qeyd edin.
3. Təcrübələri alüminium kürəciklə təkrarlayın.
Araşdırmadan gördünüz ki, növün üfüqi hissəsində başlanğıc sürətinə malik kürəcik tirciyin tormozlayıcı qarşılıqlı təsiri nəticəsində sürətini azaldaraq dayandı (ʋ = 0).