b
a
Təchizat: oxuna sap bağlanmış disk
(Maksvell rəqqası), ştativ.
Araşdırmanın gedişi:
1. Diski şəkildə
təsvir edildiyi kimi ştativdən asın (
a).
2. Sapı oxa dolamaqla diski yuxarı
qaldırıb sərbəst buraxın və baş verən
hadisədə mexaniki enerjidə hansı
dəyişikliyin baş verdiyini araşdırın (
b).
Nəticəni müzakirə edin:
1. Disk ən böyük yüksəklikdə hansı enerjiyə malikdir?
2. Sərbəst buraxılan diskdə hansı enerji çevrilmələri baş verdi?
3. Disk aşağı-yuxarı hərəkət etdikdə onun mexaniki enerjisi necə dəyişir?