Bilirsiniz ki, bütün cisimlər ağırlıq qüvvəsinin təsiri altında öz çəkiləri ilə dayağa təsir edir. Şərti olaraq təzyiq qüvvəsi adlandırılan bu təsir həmişə səthə perpendikulyardır. Bərk cisimlərin özünəməxsus xassəsi - onlara göstərilən a təzyiq qüvvəsinin təsirini istiqamətini dəyişmədən ötürməsidir (a). Araşdırmadan müşahidə etdiniz ki, təzyiq qüvvəsinin təsirinin nəticəsi qüvvənin qiyməti, istiqaməti və tətbiq nöqtəsindən əlavə, həm də onun perpendikulyar təsir etdiyi səthin sahəsindən asılıdır.
● Səthə perpendikulyar istiqamətdə təsir edən təzyiq qüvvəsinin bu səthin sahəsinə nisbəti ilə təyin olunan fiziki kəmiyyət təzyiq adlanır.
Təzyiq kiçik p hərfi ilə işarə olunur. Təzyiq qüvvəsinin F, səthin sahəsinin S olduğunu nəzərə alsaq, təzyiq aşağıdakı düsturla hesablanar: