Bərk cisimlərin səthinə göstərilən təzyiq cismin hissəciklərini bir istiqamətdə – təsir edən qüvvə istiqamətində dəyişir. Bu da özündən sonrakı hissəciklərin yerdəyişməsinə səbəb olur. Yuxarıdakı hissəciklər aşağıya doğru yerini dəyişir. Bu yerdəyişmə növbəti hissəciklər üçün də təkrarlanır. Bərk cismin hissəcikləri yanlara yerini çox az dəyişdiyindən onlarda yana təzyiq hiss olunmur (bax: a və b).
Qabda olan maye (və ya qaz) xaricdən müəyyən qüvvənin təsiri ilə sıxıldıqda onun mütəhərrik molekulları qabın hər tərəfinə yerlərini dəyişir. Bu zaman sıxlıq artdığından mayenin (və ya qazın) təzyiqi də getdikcə artır (bax: a və b).
Qabda olan mayeyə (və ya qaza) göstərilən təzyiq bütün istiqamətlərə ötürülür. Qapalı qabdakı maye və qazlar xaricdən edilən təzyiqi dəyişmədən bütün istiqamətlərə bərabər ötürür. Bu, maye və qazlar üçün Paskal qanunudur.