Mayelərin üzərindəki havanın təzyiqi eyni olarsa, müxtəlif formalı və müxtəlif en kəsikli birləşmiş qablarda eyni mayenin təzyiqi istənilən səviyyədə eynidir (c).
Birləşmiş qablara müxtəlif mayelər tökülərsə, məsələn, suyun üzərinə kerosin əlavə edilərsə, təzyiqlərin bərabər olmasına baxmayaraq, maye sütunlarının səviyyələri müxtəlifdir. Sıxlığı böyük olan mayenin səviyyəsi aşağı, sıxlığı kiçik olan mayenin səviyyəsi isə yuxarı olur (d):
Burada h1 və ρ1 – birləşmiş qabların birindəki maye sütununun hündürlüyü və sıxlığı, h2 və ρ2 – birləşmiş qabların digərindəki maye sütununun hündürlüyü və sıxlığıdır.
Öyrəndiklərinizi tətbiq edin