Hidravlik domkrat hidravlik maşın adlanan sadə texnoloji qurğudur.
Hidravlik maşın bir-biri ilə əlaqəsi olan müxtəlif diametrli iki silindrdən
ibarətdir. Bu silindrlər porşenlərlə təchiz edilərək yağla doldurulur. Paskal qanunu
hidravlik maşının iş prinsipini izah etməyə imkan verir. Paskal
qanununa görə, hidravlik maşının porşenləri altındakı mayeyə göstərilən təzyiqlər bərabərdir: p1
= p2.
Təzyiqlərin bərabərliyindən alınır:
Burada S1 – kiçik porşenin sahəsi, S2 – böyük porşenin sahəsi, F1 – kiçik porşenə təsir edən qüvvənin modulu, F2 – böyük porşenə təsir edən qüvvənin moduludur.