Nihad ingilis dilini çox yaxşı bilir. Onun arzusu təhsilini kompüter mühəndisliyi ixtisası üzrə almaqdır.
Ona görə də Nihad bu arzusuna çatmaq üçün böyük səylə çalışır və dərslərini əla oxuyur.
Hər kəsin doğulduğu andan etibarən pozulmaz hüquqları vardır. Siz bu hüquqlarınızdan hansını bilirsiniz? Məktəbli kimi sizin hansı hüquqlarınız var? Dövlətimiz sizin üçün hansı imkanları yaradıb? Gəlin təhsil almaq hüququnuzun necə olduğunu müəyyən edək.
Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsində göstərilir: