Humayın arzusu həkim olmaqdır. O, dərslərini yaxşı oxuyur, arzusuna çatmaq üçün hər gün əmək sərf edir. Onun atası tikintidə çalışır. Anası isə müəllimdir. Babası avtobus sürücüsüdür. Nənəsi Humaya tez-tez müxtəlif hədiyyələr alır və geyimlər tikir. Axı onun nənəsi dərzidir.
Görürsünüzmü, Humayın ailəsində müxtəlif sahədə çalışan insanlar var. Sizin ailə üzvlərinizin çalışdığı sahələr əməyin hansı növlərinə aid edilə bilər?
İnsan daim inkişafa can atmışdır. Müxtəlif inkişaf mərhələlərini keçən insan buna əmək sayəsində nail oldu.
Əmək cəmiyyətin inkişafında əsas şərtdir. İnsanlar lap qədimdən öz tələbatlarını ödəmək üçün müxtəlif əmək növləri ilə məşğul olmuşlar. Onlar qida əldə edərkən, ev tikərkən, əkin-biçin işləri ilə məşğul olarkən müxtəlif üsul və vasitələrə əl atmış, müxtəlif əmək alətlərindən məqsədəuyğun şəkildə istifadə etmişlər.
Cəmiyyətdə münasibətlərin əsasını əmək münasibətləri təşkil edir. Əmək bölgüsü və onun müxtəlif formaları inkişaf etdikcə insanlar arasında iqtisadi əlaqələr genişlənir, yeni-yeni əmək növləri (fiziki, zehni, sadə, mürəkkəb və s.) formalaşırdı.
Əmək və onun növlərinə aşağıdakılar da daxil edilir: