Siz 6-cı sinifdə OpenOffice Impress proqramında təqdimat (Empty presentation) yaradıb, sonra ona slaydlar artırmağı öyrənmisiniz. Çox zaman təqdimatın ayrı-ayrı slaydları bir-birinə bənzəyir. Bu halda yeni slaydı “sıfırdan” yaratmaqdansa, hazır slaydın üzünü çıxarıb, sonra onun üzərində işləmək çox əlverişli olur.
Slaydın kopiyasının yaradılması.
Bəzən yaratmaq istədiyiniz təqdimat geniş istifadə olunan mövzulardan birinə həsr olunur. Təqdimat proqramlarında belə mövzular üzrə hazır təqdimat maketləri var. Bu maketləri seçmək və bəzi slaydlarda zəruri dəqiqləşmələr etmək üçün Sehrbaz (Wizard) köməyə gəlir.