Sualları müzakirə edin və cavablandırmağa çalışın.
Alınan və ya verilən informasiyanın faydalı olması üçün o, müəyyən şərtləri ödəməlidir. Başqa sözlə, informasiya müəyyən xassələrə malik olmalıdır. İnformasiyanın bir çox müxtəlif xassələrini sadalamaq olar. Hər bir elm sahəsi özü üçün vacib hesab etdiyi xassələrə diqqət yetirir. İnformatika elmi üçün isə informasiyanın daha çox aşağıdakı xassələri önəmlidir: tamlıq, etibarlılıq, aktuallıq, obyektivlik, anlaşıqlılıq.