Həlli.
1-ci sual belə ola bilər: “Fikrində tutduğun ədəd 2-yə qalıqsız bölünürmü? ” Cavab “hə ” olarsa, 0 rəqəmi yazırıq. Əgər “yox ” olarsa, 1 rəqəmi yazırıq. Başqa sözlə, biz fikirdə tutulan ədədin 2-yə bölünməsindən alınan qalığı qeyd edirik.
2-ci sualı belə qoymaq olar: “Birinci bölmədən sonra alınan qismət 2-yə qalıqsız bölünürmü? ” Yenə də cavab “hə ” olarsa, 0 rəqəmi, “yox ” olarsa, 1 yazırıq.
Növbəti suallar da eyni məzmunlu olacaq, yəni: “Əvvəlki bölmədən sonra alınan qismət 2-yə qalıqsız bölünürmü? ” Hər dəfə “hə ” cavabı aldıqda 0, “yox ” cavabı aldıqda isə 1 yazırıq.
Bu proseduru qismət 0 olana kimi təkrarlasaq, hər biri 0, yaxud 1 olan rəqəmlər ardıcıllığı alarıq. Bu rəqəmlər ardıcıllığının axtardığımız ədədin ikilik say sistemində yazılışı olduğunu görmək çətin deyil. Doğrudan da, verilən suallar hər hansı ədədin ikilik say sisteminə keçirilməsi qaydası kimidir. Bu zaman 10 sual ona görə yetərli olur ki, 1-dən 1000-dək ədədlərdən hər biri ikilik say sistemində 10-dan çox olmayan rəqəm vasitəsilə yazıla bilir. Məsələn, fikirdə tutulmuş ədəd 418-dirsə, cavablar ardıcıllığı 110100010 ardıcıllığı kimi olacaq. Bu isə 418 ədədinin ikilik say sistemində yazılışıdır.