Verilmiş proqram tərəfinin uzunluğu 200 piksel olan qırmızı kvadrat çəkir. Proqram üzərində elə dəyişikliklər edin ki, şəkildə göstərilmiş qaydada yaşıl, göy və sarı kvadratlar çəkilsin.
ilkinvəziyyət sil qələmiendir qələminrəngi 4 təkrarla 4 [irəli 200 sağa 90]Nəticəni müzakirə edək:
Yuxarıdakı dörd kvadratın ölçü və rəngə görə fərqləndiyini gördünüz.
Burada təbii olaraq belə bir sual yaranır: kvadrat
altproqramını çağıran zaman
çəkiləcək kvadratın tərəfinin uzunluğunu və rəngini bildirmək olmazmı?
Bu halda proqram kodunun həcmi önəmli dərəcədə
azalardı. Proqramlaşdırma dillərində belə imkan
nəzərə alınıb. Məsələn, ALPLogo mühitində
tərəfi a olan kvadrat çəkən altproqram aşağıdakı
şəkildə ola bilər.