Verilmiş təsviri almaq üçün proqram yazın.
Həlli. Gördüyünüz kimi, şəkildəki ulduzların ölçüləri və rəngləri eynidir, ancaq onların arasındakı məsafələr müxtəlifdir. Ona görə də bu məsələnin həllində altproqramdan istifadə etmək əlverişli olar. Belə ki, öncə bir ulduz çəkən altproqram yazmaq, sonra əsas proqramda Bağanı lazım olan mövqelərə aparıb həmin altproqramı çağırmaq lazımdır.
sil ilkinvəziyyət qələminrəngi 4 qələmineni 3 ulduz() sağa 90 irəli 100 sola 90 ulduz () sağa 90 irəli 130 sola 90 ulduz () sağa 90 irəli 180 sola 90 ulduz () altproqram ulduz () [ qələmiendir təkrarla 5 [irəli 30 sola 72 irəli 30 sağa 144] qələmiqaldır ]