24. DAXİL OLAN MƏKTUBLARLA İŞ
- Adi məktubla tanış olduqdan sonra nə etmək lazımdır?
Sözlük
Cavablandırma
Yönəltmə
Spam
Poçt qutunuza daxil olan məktublar Gələnlər (Inbox)
qovluğunda toplanır. Həmin qovluğa daxil olduqda gəlmiş
məktubların siyahısı açılır. Hələ oxunmamış məktublar
siyahıda qalın şriftlə əks olunur. Əgər məktuba fayl
əlavə olunmuşsa, bunu siyahıdakı hər bir məktuba uyğun
sətrin önündəki, yaxud sonundakı simgəsinə görə
bilmək olar.
Etiket qaydalarına görə, alınmış məktubu vaxtında cavablandırmaq
lazımdır. Məktubu iki üsulla cavablandırmaq olar:
- Cavabla (Reply) düyməsindən istifadə etməklə. Bu növ cavablandırmada
ilkin (orijinal) məktub cavab məktubuna daxil olur. Alınan məktubdakı
müəyyən məsələlərə münasibət bildirdikdə cavablandırmanın bu növü daha
münasib olur. Məktubun cavab məktubu olmasını mövzu sətrinin əvvəlində
gələn “Re” yazısına görə bilmək olur.
- Cavab olaraq yeni məktub hazırlanır. Bu növ cavablandırmada məktub
yalnız cavab məktubundan ibarətdir və ora ilkin məktubun mətni daxil edilmir.
Diqqət !
Tanımadığınız ünvanlardan gələn qoşma faylları açmayın! Həmin
fayllarla kompüterinizə ziyanverici proqramlar – viruslar daxil ola bilər.