- | Bu gün kompüter informasiya almaq və ünsiyyət qurmaq üçün əvəzedilməz vasitədir. |
- | Elektron dərsliklər, ensiklopediya və öyrədici filmlər yeni biliklər əldə etmək üçün geniş şərait yaradır. |
- | İnternet vasitəsilə dünyanın istənilən yerində olan insanlarla ünsiyyət saxlamaq olur. |
- | Kompüterdə çox işləyən insanlar ondan asılı vəziyyətə düşürlər, virtual dünyada yaşayırlar, özlərinə qapanırlar. |
- | Kompüter informasiyanı daha əyani və canlı çatdırır. Bu da yeni bilikləri yadda saxlamağa, yaxşı qavramağa kömək edir. |
- | Kompüterə həddən artıq meyilli yeni nəslin yaddaş problemləri var. Kompüter, yaxud kalkulyatorsuz hesablamalar aparmaqda çətinlik çəkirlər. |
- | Lazım olan insanla istənilən an əlaqə saxlamaq mümkündür. |
- | Görüləcək işləri yada salmaq üçün onda yaddaş funksiyası var. |
- | Dərs və iş zamanı mobil telefonlar yalnız mane olur. |
- | Sağlamlığa ziyandır. |
- | Avtoqəzalara səbəb olur. |