MÖVZU 9-10
XALQ VƏ BƏSTƏKAR MAHNILARININ
LAYLA XARAKTERİ
Laylalar Azərbaycan xalq mahnı yaradıcılığının ən qədim janrlarındandır. Layla janrı bir çox dünya xalqlarının musiqi folklorunda mövcuddur. Laylaların həzin təranələri körpəni yuxuya verir. Layla deyən ana körpəsinin qanına xalqın əsrlərdən gələn sevgisini, adət-ənənəsini, səmimiyyətini hopdurur.
Laylaların meydana gəlməsi tarixən xalqların məişət və ailə ənənələri ilə bağlı olmuşdur. Bir qayda olaraq, laylalar qadınlar (analar, nənələr) tərəfindən oxunmuşdur. Anaların körpələrinə oxuduqları mahnılara ninnilər, oxşamalar da aiddir.
Musiqi dinləyək
Mixail İppolitov-İvanov.
“Türk fraqmentləri” süitasından “Ninni”
Bəstəkar Mixail İppolitov-İvanov “Türk fraqmentləri” adlı simfonik əsərində bir neçə Azərbaycan musiqi nümunəsindən, o cümlədən “Ninni”dən istifadə etmişdir.