MÖVZU 16
ARİF MƏLİKOVUN “MƏHƏBBƏT ƏFSANƏSİ”
BALETİNİN DRAMATURGİYASI
Bəstəkar Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini türk şairi Nazim Hikmətin “Fərhad, Şirin, Məhmənə Banu və Dəmirdağın suyu” pyesi əsasında yaratmışdır. “Məhəbbət əfsanəsi” baletində “Hümayun”, “Çahargah”, “Segah”, “Bayatı-Kürd” muğamlarından istifadə edilib.
Nazim Hikmət Fərhadın timsalında sevgisi uğrunda mübarizə etməyi bacaran bir surət yaradıb. Onun yaratdığı obrazda Vətənə və xalqa sevgi əks olunur. Baletin qısa məzmunu belədir: Fərhadın tikdiyi saray hazır olur. Hökmdar Məhmənə Banu və Şirin saraya baxmağa gəlirlər. Fərhad Şirini görür və onu sevir. Xalq quraqlıqdan əziyyət çəkdiyi üçün hökmdar Məhmənə Banu Fərhad ilə belə bir şərt kəsir: əgər Bisütun dağını yarıb susuz qalan xalqı suya qovuşdursa, onlara xeyir-dua verəcək. Xalq Fərhada böyük ümid bəsləyir. Əsərin sonunda Fərhad Bisütun dağını yarıb xalqın etimadını doğruldur.
Musiqi dinləyək
Arif Məlikov.
«Məhəbbət
əfsanəsi» baletindən «Təlxəklərin rəqsi»