MÖVZU 18
ƏŞRƏF ABBASOVUN “QARACA QIZ”
BALETİNİN DRAMATURGİYASI
Bəstəkar Əşrəf Abbasov “Qaraca qız” baletini Süleyman Sani Axundovun “Qorxulu nağıllar” silsiləsindən olan eyniadlı hekayə əsasında yazmışdır. Baletin librettosunu Əfrasiyab Bədəlbəyli yazmışdır.
“Qaraca qız” baleti uşaqlar üçün yazılmış ilk irihəcmli musiqi əsəridir.
Əsərin məzmunu belədir: Qaraca qız kimsəsizdir. O, bağban Piri babanın daxmasında yaşayır. Piri baba onu nəvəsi kimi əzizləyir. Günlərin bir günü ağanın qızı Ağca həyətdə gəzərkən Qaraca qızı görür və onlar dostlaşırlar. Lakin Ağcanın zalım anası bu dostluğu qadağan edir. Ağca yalnız atasının köməyi ilə Qaraca qızla arabir görüşür. Bir gün ağaların məclisində Qaraca qızla Ağca qaraçı rəqsi edir. Bu xanımın xoşuna gəlmir və o Ağcanı cəzalandırır.
Qaraca qızla Ağcanın dostluğu Piri babanı da narahat edir. O, ağaların bu dostluğa münasibətini və onun nə ilə nəticələnəcəyini yaxşı bilir.
Bir gün Qaraca qızın sevimli rəfiqəsi Ağcanı ilan çalır. Qaraca qız onu xilas edərkən zəhərlənir. Ağca sağalır, Qaraca qız isə Piri babanın qucağında dünyasını dəyişir.
Musiqi dinləyək
Əşrəf Abbasov.
«Qaraca qız» baletindən «Qaraca qızla Ağcanın dueti»