MÖVZU 19
MÜSLÜM MAQOMAYEVİN “ŞAH İSMAYIL”
OPERASININ DRAMATURGİYASI
Bəstəkar Müslüm Maqomayev “Şah İsmayıl” operasını eyniadlı dastan əsasında yaratmışdır. Operanın ilk tamaşası rejissor Hüseyn Ərəblinskinin quruluşunda oynanılmışdır. “Şah İsmayıl” operası Müslüm Maqomayevin ilk iri həcmli əsəridir.
Operanın qısa məzmunu belədir: xain vəzir rəmmal vasitəsilə Aslan şaha xəbər çatdırır ki, oğlu onu öldürə bilər. Aslan şah xalq arasında şöhrət tapmış oğlu İsmayılın onun taxt-tacına sahib çıxacağından çox narahatdır. O, həyəcan içində məşhur ariyasını oxuyur. Aldığı xəbərdən narahat olan şah oğlunu uzaq ölkələrə, yeni torpaqlar fəth etməyə göndərir. Aslan şah düşünür ki, o, döyüşlərdə həlak olacaq və bununla da təhlükədən can qurtaracaq.
Səfərdə Şah İsmayıl ərəb qəbilələri ilə rastlaşır və qəbilə başçısının qızı Gülzara vurulur. Gülzarın atası İbn Tahir qızı Əbu Həmzəyə ərə verməyə hazırlaşır. Atası Gülzarı götürüb başqa yerə köçməyə qərar verir. Gülzarın axtarışına çıxan Şah İsmayıl Ərəbzəngi ilə rastlaşır və döyüşdə ona qalib gəlir. Lakin Ərəbzənginin qadın olduğunu bilir və onu bağışlayır.
Musiqi dinləyək
Müslüm Maqomayev.
“Şah İsmayıl” operasının I pərdəsindən “Aslan şahın ariyası”