MÖVZU 24
VƏTƏN MÖVZUSU VƏ MUSİQİ
Bəstəkarlar əsərlərində həmişə Vətən mövzusuna müraciət etmişlər. Belə bəstəkarlardan biri də Polşa bəstəkarı Mixail Oginskidir.
Frederik Şopeni və Mixail Oginskini vətənə, xalqa, onun mədəniyyətinə, incəsənətinə və musiqisinə olan hədsiz məhəbbət birləşdirir. Bəstəkar vətənində azadlıq uğrundakı döyüşlərə yardım məqsədilə var-dövlətini inqilabçılara vermişdir. İnqilab yatırılandan sonra böyük bəstəkar da azadlıq mücahidləri ilə birlikdə vətəni tərk etmişdir. Qürbətdə onun yazdığı ilk əsər məşhur “Vətənlə vidalaşma” polonezidir. Bu əsər bütün dünyada “Oginski polonezi” kimi tanınır.
Musiqi dinləyək
Mixail Oginski.
«Vətənlə vidalaşma» polonezi
Bu əsər fortepiano üçün yazılmasına baxmayaraq, sonradan simfonik orkestr üçün işlənərək dünyanın musiqi salonlarında səslənmişdir. Əsər Azərbaycanda da sevilmişdir. “Vətənlə vidalaşma” polonezi tar və fortepiano alətlərində məşhur musiqiçilərimiz, o cümlədən tarzənlərdən Xalq artistləri Hacı Məmmədov, Ramiz Quliyev və digərləri tərəfindən ifa olunmuşdur.