MÖVZU 25
FİKRƏT ƏMİROVUN “SEVİL”
OPERASININ DRAMATURGİYASI
Fikrət Əmirovun Cəfər Cabbarlının eyniadlı əsəri əsasında yazdığı “Sevil” operası Azərbaycan qadınının azadlıq mübarizəsinə həsr olunub. Operanın baş qəhrəmanı Sevildir. Sevil qadın azadlığı uğrunda mübarizəyə qalxmış qadınların ümumiləşdirilmiş obrazıdır. Operada “Sevilin ariya”sı Şüştər muğamının intonasiyalarına əsaslanır.
Əsərin digər obrazı Balaşın kobudluğu Sevilə əzab verir. Sevil öz hüquqlarının müdafiəsinə qalxır, çadrasını ataraq evi tərk edir.
İllər ötür... Balaşın bacısı Gülüşün evində Gündüzün ad günü keçirilir. Atakişi və Babakişi də buradadırlar. Balaş məclisə gəlir. Gündüz atasını tanımır. Balaş tamamilə dəyişmiş, Moskvada təhsil almış Sevildən üzr istəyir və bağışlanmasını xahiş edir. Sevil isə onu heç vaxt bağışlamayacağını söyləyir.
Musiqi dinləyək
Fikrət Əmirov.
«Sevil» operasının III pərdəsindən «Balaşın ariyası»