MÖVZU 26
FİKRƏT ƏMİROVUN “SEVİL” OPERASINDAN
“DİLBƏRİN NƏĞMƏSİ” İLƏ JORJ BİZENİN “KARMEN”
OPERASINDAN “XABANERA”
ARASINDA ƏLAQƏLƏR
Fikrət Əmirovun “Sevil” operasında baş qəhrəmanlardan biri də Dilbər obrazıdır. Bəstəkar bu obrazın daxili cizgilərini açmaq üçün Argentina xalq rəqsi tanqonun ritmlərindən istifadə edib. “Dilbərin nəğməsi”ndə o, musiqi ifadə vasitələrinin köməyi ilə Dilbəri cılız xəyallarla yaşayan qadın obrazı kimi göstərə bilib.
Musiqi dinləyək
Fikrət Əmirov.
«Sevil» operasından «Dilbərin nəğməsi»
Bəstəkar Fikrət Əmirov Dilbər obrazı üçün ironik və kəskin zarafat şəklində, Avropa tərzində bir melodiya yaratmışdır. Bu yolla o, həm də Balaşın faciəsini açır.
Musiqi dinləyək
Jorj Bize.
«Karmen» operasından «Xabanera»
“Karmen” operasını fransız bəstəkarı Jorj Bize Prosper Merimenin eyniadlı novellasının motivləri əsasında yazmışdır. “Sevil” operasındakı Dilbər obrazı kimi, qaraçı qızı Karmen də ətrafdakıların diqqətini özünə cəlb etmək üçün əlindən gələni edir. Operanın digər qəhrəmanları Don Xoze və Mikaeladır. Karmenlə münasibətləri üzündən Xozenin başı çox bəlalar çəkir.